logo

Ana Səhifə

Haqqımda

Fəaliyyətlər

Bloqlar

Əlaqə

Geri

Ailə harmoniyası

Ailə Harmoniyası soyal bir varlıq olan insanın onu bir insan kimi yetişdirən ailə münasibətlərinin sağlam olması üçün fəaliyyət göstərən sosial və maarifləndirici platformadır. Layihə uzun illər boyunca aparılan müşahidələr, mütaliələr və insanlarla işləmə təcrübəsinin nəticəsində formalaşmışdır. Əsas məqsədi insanın ilk məktəbi olan ailənin daha sağlam təməllər üzərində qurulmasına dəstək olmaq, münasibətlərdə şüurlu yanaşmanı inkişaf etdirmək və ailə institutunun möhkəmlənməsinə töhfə verməkdir. Platforma ailə mövzularını kompleks şəkildə ələ alaraq evlilikdən öncə şüurlu tanışlıq mərhələsi, yeni evlilik dövrü, ailədaxili ünsiyyət, valideyn-övlad münasibətləri, emosional sağlamlıq və şəxsi inkişaf istiqamətlərində fəaliyyət göstərir. Xüsusilə gənclərin münsaibətdən əvvəl maariflənməsi və gənc ailələrin münasibətlərini daha sağlam şəkildə qurması və inkişaf etdirməsi layihənin əsas fəaliyyət istiqamətlərindəndir.

Ailə harmoniyası

Layihənin məqsədi nədir?

- İnsanın ilk məktəbi olan ailə məktəbinin sağlam əsaslar üzərinə inşa edilməsinə xidmət etməkdir. - Evlilikdən öncə tanışlıq mərhələsində şüurlu tanışlıq keçirmək - Yeni evlilikdə münasibəti doğru irəlilətmək və münasibəti inkişaf etdirməyə dəstək vermək - İllərin evliliyində boşluqları üzə çıxarıb təmir etməyə dəstək vermək - Yeni analara südəmizdirmə və adaptasiya dəstəyi vermək - Valideynlərə uşaqları ilə münasibətin yaxşılaşdırılması dəstəyini göstərmək Bir sözlə Ailələrin möhkəm olması üçün hər cürə dəstəklə qarşınızdayıq. Ailə Harmoniyasının fəaliyyətinə daxildir: - Fərdi və ailə i-nkşafına yönəlmiş təlim proqramları - Ailə danışmanlığı - Cinsi terapiya - Fərdi psixoloji konsultasiyalar - Maarifləndirici görüşlər - Kouçsessiyalar Platformanın əsas yanaşması insanlara sadəcə nəzəri məlumat vermək deyil, praktiki bacarıqlar qazandırmaq və onların həyatında real dəyişiklik yaratmağa dəstək olmaqdır. Ailə Harmoniyası insanların dinlənildiyi, anlaşıldığı, peşəkar dəstək aldığı və bununla da sağlam ailələrə sahib olmalarına vasitəçi olan təhlükəsiz inkişaf platforması olmağı hədəfləyir. Bizə görə cəmiyyət və ailə bir-birinin aynasıdır. Ona görə də cəmiyyətimizin rifahı üçün kiçik dövlət olaraq bilinən və bilavasitə kiçik cəmiyyət olan ailədən başladıq.

Layihənin hədəf kütləsi kimdir?

Hər bir fərd Ailə Harmoniyasının hədəf kütləsidir.

Layihədə necə iştirak edə bilərəm?

Əlaqə hissəsindən iştirak etmək istədiyiniz layihə və layihədə üstlənmək istədiyiniz rol (iştirakçı, layihə rəhbəri, investor və s.) barədə bizə yaza bilərsiniz. Biz sizə geridönüş edəcəyik.

© 2025 Bütün hüquqlar qorunur.

tərəfindən hazırlandı.