Geri
Birsözümvar
Bir sözüm var layihəsi 7 il sonra Azərbaycana qayltdıqdan və uzun müşahidələr apardıqdan sonra insanımızın müəyyən intellektual anlayış səviyyəsinin üzərinə çıxması gərəkdiyi fikrinə gəlməyimlə formalaşdı. Bir kəsim intellektual aydın qrup kimi kütlədən ayrıdır və üstdən aşağı baxır. Bir qrupun ümumiyyətlə intellektlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bir qrup da əslində insana onun intellektual, mənəvi və ekspert kimi inkişafına heçbir faydası olmayan kitabları oxuyaraq, söhbətləri dinləyərək və əyləncə tədbirlərində iştirak edərək özünü intellektual adlandırır. Biz də bir qrup gənclə xüsusilə gənclərin, ümumilikdə isə bütün cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsi üçün bir yola çıxdıq. Beləcə, bu layihədə müxtəlif tədbirlər təşkil edir, vebinarlar keçirir, fərqli sahələrdən insanlarla görüşlər keçirir, yazılar yazır, xarici dildən tərcümələr edirik. Layihə hazırda dondurulub. Ancaq yaxın zamanda aktivliyini bərpa edəcək. Bu yolda bizə qoşulmaq istəyənlər müraciət edə bilərlər.

Layihənin hədəf kütləsi kimdir?
Layihənin məqsədi nədir?
Layihədə necə iştirak edə bilərəm?
Layihənin hədəf kütləsi əsasən inkişaf etmək istəyən yeniyetmələr, gənclər və 40 yaşa qədər yetişkinlərdir.
Layihənin hədəf kütləsi kimdir?
Layihənin hədəf kütləsi əsasən inkişaf etmək istəyən yeniyetmələr, gənclər və 40 yaşa qədər yetişkinlərdir.
Layihənin məqsədi nədir?
- Ümumilikdə cəmiyyətin, xüsusilə də gənclərin intellektual səviyyəsinin yüksəldilməsi. - İntellektual kütlə ilə cəmiyyətin arasında körpünün yaradılması. - Cəmiyyətimizin dünya görüşünün artırılması.
Layihədə necə iştirak edə bilərəm?
Əlaqə hissəsindən iştirak etmək istədiyiniz layihə və layihədə üstlənmək istədiyiniz rol (iştirakçı, layihə rəhbəri, investor və s.) barədə bizə yaza bilərsiniz. Biz sizə geridönüş edəcəyik.