Geri
Həmsöhbət
Həmsöhbət layihəsinin qurulma motivasiyası həm şəxsi təcrübəm, həm də çevrəmi müşahidəmin bir nəticəsi olaraq insanımızda fərqinə vardığım söhbət məfhumunun qıtlığının yaratdığı problemlər oldu. Sahə olaraq hər gün insanlarla işləyir və müşahidələr aparıram. Ailələrlə və cəmiyyətin müxtəlif mövqelərindən insanlarla görüşlər keçirirəm. Məndən soruşsanız ki, insanların hər birinin problem yaşadığı 3 nüans nədir? Cavabımda bu 3 şeydən biri mütləq "söhbət etmək" olacaq. Söhbət etmək, özünü ifadə etmək, bir başqası tərəfindən dinlənilmək, anlaşıldığını hiss etmək, yarğılanmamaq və yarğılanmayacağını bilib, güvənmək sosyal varlıq olan insanın ən təməl ehtiyaclarındandır. Bizlər bir ananın övladları olaraq başda öz dilimizdə danışmağı və bəlkə başqa ananın övladlarının dillərində də danışmağı öyrənmişik. Ancaq danışmağı bilməklə söhbət etməyi bacarmaq eyni şey deyil. Söhbət etmək bir bacarıqdır və bu gün bu bacarığı əldə etmək üçün çalışmaq lazımdır. Çünkü bu həm bizim, həm də çevrəmizdəki insanların ehtiyacıdır. Ailə münasibətlərinin də təməl problemi olduğunu müşahidə etdiyim "söhbət" məni bu layihəni başlamağa motivasiya etdi. Beləcə biz hər həftə bir yerə yığılır və müxtəlif mövzular üzərinə keyfiyyətli söhbət edirik.

Layihənin məqsədi nədir?
Layihənin hədəf kütləsi kimdir?
Layihədə necə iştirak edə bilərəm?
Həmsöhbət layihəsi 3 əsas məqsədə xidmət edir: 1. İnsanımızın söhbət etmək, özünü ifadə etmək, dinlənilmək və anlaşılmaq kimi ehtiyaclarını nisbətən qarşılamaq. 2. Layihə zamanı müəyyən alətlərdən istifadə edərək keyfiyyətli söhbət etmək bacarığı əldə etmək. 3. Keyfiyyətli insanların bir araya gəlib, keyfiyyətli əlaqələr qurması.
Layihənin məqsədi nədir?
Həmsöhbət layihəsi 3 əsas məqsədə xidmət edir: 1. İnsanımızın söhbət etmək, özünü ifadə etmək, dinlənilmək və anlaşılmaq kimi ehtiyaclarını nisbətən qarşılamaq. 2. Layihə zamanı müəyyən alətlərdən istifadə edərək keyfiyyətli söhbət etmək bacarığı əldə etmək. 3. Keyfiyyətli insanların bir araya gəlib, keyfiyyətli əlaqələr qurması.
Layihənin hədəf kütləsi kimdir?
18<x<50 İnkişafa açıq, dünya görüşünü artırmaq istəyən, söhbət etməyi sevən, özünü ifadə etməyə fürsət axtaran, keyfiyyətli müzakirələr axtaran, keyfiyyətli əlaqələr qurmaq istəyən gənc və yetişkinlərdir.
Layihədə necə iştirak edə bilərəm?
Əlaqə hissəsindən iştirak etmək istədiyiniz layihə və layihədə üstlənmək istədiyiniz rol (iştirakçı, layihə rəhbəri, investor və s.) barədə bizə yaza bilərsiniz. Biz sizə geridönüş edəcəyik.