Ana Səhifə
Haqqımda
Fəaliyyətlər
Bloqlar
Əlaqə
Check up
Münasibət check upı evlilikdən öncə, yaxud evli şəxslərin münasibətlərinin yoxlanılmasına xidmət edən bir görüşdür. Bu görüşdə cütlər hər ikisi iştirak edirlər və onların münasibətlərinin yaxşı olan və inkişaf etdirilməli olan hissələri yoxlanılır. Hər bir cütlüyün bu xidməti alması onların münasibətlərinin inkişafı üçün əlzəmdir. Bu xidmət həm də evlilikdən əvvəl həqiqətən də bizdən ailə olarmı sualını soruşan cütlər üçün də suallarına cavab tapmaq üçün çox faydalıdır.

Danışmanlıq
Ailənizdə yaşadığınız problemləri həll etmək, yaxud münasibətinizi inkişaf etdirmək üçün müraciət edə biləcəyiniz, güvənilir, milli mənəvi dəyərlərimizi əsas alan yanaşmaya sahib danışmanlıq xidmətidir. Bu xidmətdə cütlərlə görüşlər yerinə görə birlikdə və ayrı-ayrı keçirilir.

Kouçsessiya
Kouçsessiya kouçinq görüşməsidir. Bu görüşmədə müştərinin öz resurslarından istifadə edərək onun sualına cavab axtarırıq. Sizi yarğılamadan, yönəltmədən, sizə məsləhət vermədən dinləyir, sual verir və cavabı görməyinizə dəstək oluruq. Bu xidməti alan bilməlidir ki, məsləhət almayacaq. Qəşəng sorğulanacaq və gətirdiyi suala, problemə öz daxilindən cavab tapacaq.

Mentorluq
Şəxsi inkişaf, müəllimlik, təlimçilik və öyrənmə kimi mövzularda mentorluq dəstəyini də bizdən ala bilərsiniz. Burada biz sizinlə öz bilik və təcrübəmizə əsasən rəhbərlik edirək dəstək veririk.

Sayt
Nihat Məmmədovtərəfindən hazırlandı.