logo

Ana Səhifə

Haqqımda

Fəaliyyətlər

Bloqlar

Əlaqə

Geri

XXI əsrdə sağlam münasibətlər

Ailə münasibətləri bir cəmiyyətin rifahının, dünya görüşünün və inkişafının təməlini təşkil edir. Ailədə özünü gərçəkləşdirə bilməyən insanlar cəmiyyətdə özlərinə yer edinə bilmirlər. Ailədə anlaşılmış hiss etməyənlər hər yerdən anlayış dilənirlər. Ailədə stressi idarə edə bilməyənlər iş dünyasında da sakit qala bilmirlər. Bilavasitə ailə münasibətləri həm insanın özü ilə münasibətinin, həm də cəmiyyətin bütün münasibətlərinin təməlini təşkil edir. Uşaqlar, yeniyetmələr, gənclər və yetişkinlərlə çalışmanın mənə fərq etdirdiyi "özüm olaraq var ola bildiyim bir ailəm olmalıdır" fikri məni bu təlimi hazırlamağa yönəltdi. Təlim 10 təlim, 20 modul, 30 saatdır. Bu təlimdə "Münasibətdə özünü tanımaq" dan başlayır "Ailədə maliyyə idarə etməsi"nə qədər mövzuları ələ alırıq. Təlim praktiki əsaslara görə dizayn edilib. Həm təcrübələrimizi bölüşür, Hım praktika edir, həm də nəzəri biliklərlə tanış oluruq.

Qeydiyyat
XXI əsrdə sağlam münasibətlər

Təlim kimlər üçündür?

- Özünü münasibətlər mövzusunda inkişaf etdirmək istəyən subaylar - Münasibəti olan və özünü bu mövzuda inkişaf etdirmək istəyən şəxslər (sevgili, nişanlı və s) - Yeni evli olanlar (1-5 il) - Daha əvvəl münasibəti olan, ancaq hazırda subay olanlar

Təlim zamanı hansı bacarıqlar inkişaf etdirilir?

- Münasibətdə özünü dəyərləndirmək bacarığı - Partnyoru dəyərləndirmə bacarığı - Ünsiyyəti ölçə bilmə bacarığı - Münasibətdə prioritetləri təyin etmə bacarığı - Söhbət etmə bacarığı - Ailəyə düzgün baxma bacarığı - Mif və həqiqəti ayırma bacarığı - Münasibətdə stressi idarə etmə bacarığı - Sevgi ilə emosional və hormonal yönəlməni ayırma bacarığı

Təlimə necə qoşula bilərəm?

1. Qeydiyyat hissəsindən bizə yazırsınız və biz sizi qeydə alıb, təlim baş tutduğu zaman sizinlə əlaqə saxlayırıq. Belə olan halda siz həm də ön qeydiyyat endirimlərindən istifadə edəcəksiniz. 2. Şirkət əməkdaşlarınızın iş keyfiyyətinin artırılması üçün bu təlimi əməkdaşlarınıza verə bilərik. Beləcə onların ailə münasibətlərinin yaxşılaşmasına xidmət edərək iş yerinizə töhfələrini də artırmış olarsınız. Belə olan halda biz sizinlə görüş keçiririk. Ehtiyac analizi edirik. Və birgə vaxt təyin edib, təlimi sizin əməkdaşlarınız üçün keçirik.

© 2025 Bütün hüquqlar qorunur.

Site created by

Nihat Məmmədov
Yusif Ədilzadə - Kouç